"Eos Qrup" MMC-yə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının rezidenti statusu verilib. Şirkət tərəfindən Sənaye Parkının ərazisində fibrobeton və polistirolbeton blokların istehsalı müəssisəsi yaradılacaq.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.
"İnvestisiya dəyəri 11,9 milyon manat olan müəssisədə 60 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur", - nazir əlavə edib.