Azərbaycan "FOODEX Japan 2024" sərgisində iştirak edir

2024.03.06 13:07 (UTC+04:00)

Yaponiyanın paytaxtı Tokio şəhərində "FOODEX Japan 2024" – 49-cu Beynəlxalq Qida və İçkilər Sərgisi işə başlayıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, 5-8 mart tarixlərində keçiriləcək sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın şirkətləri məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendi altında təqdim edir. Milli stenddə şərablar, meyvə şirələri, mineral sular, kürü, qənnadı məhsulları, qurudulmuş meyvələr, fındıq, zeytun yağları və digər məhsullar nümayiş olunur. Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici həmkarları ilə görüşlər keçirir, ixraca dair müzakirələr aparırlar.

Qeyd edək ki, hər il təxminən 90 ölkədən 3500-ə yaxın iştirakçı məhsullarını "FOODEX Japan 2024" sərgisində nümayiş etdirir.