Komidən Azərbaycana ilk müntəzəm “Yük ekspresi” göndərilib

2024.03.06 17:04 (UTC+04:00)

Rusiya Federasiyası Komi Respublikasının Mikun stansiyasından Samur stansiyasına Azərbaycan və İrana yüklərin çatdırılması üçün ilk müntəzəm “Yük ekspresi” yola salınıb.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı “Şimal dəmir yolu” ASC-yə istinadən xəbər verir ki, “Yük ekspresi”nin tərkibinə 10 ağac emalı müəssisəsinin məhsulları daxildir. Qatar kiçik və orta biznes üçün əlverişli olan kiçik həcmlər də daxil olmaqla malların sürətli çatdırılmasını təmin edir.

2024-cü ildə hər ay Mikun stansiyasından “Yük ekspresi” qatarlarının göndərilməsi planlaşdırılır. Mikun-Samur marşrutu üzrə sınaq “Yük ekspresi” ötən ilin dekabrında göndərilib. Yüklərin çatdırılma müddəti 9 gün təşkil edir ki, bu da standartdan iki dəfə tezdir.