Yanvarda ölkə əhalisinə 946,1 milyon manatlıq ödənişli xidmət göstərilib

2024.03.06 14:48 (UTC+04:00)

Bu ilin yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,9 faiz artaraq 946,1 milyon manat olub.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 706,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 74,7 faizini təşkil edib.

Cari ilin yanvar ayında hər bir ölkə sakini orta hesabla 92,9 manatlıq və ya 2023-cü illə müqayisədə nominal ifadədə 6,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.