Vergi Məcəlləsinə 1 yanvar 2024-cü ildən daxil edilən 106.1.33-cü maddəyə əsasən, qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və filmin istehsalını, habelə dublyajını həyata keçirən, mikro sahibkarlıq subyekti olmayan kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergidən azad olunub.
Misal: Hesab edək ki, “BX” MMC 2024-cü ilin aprel ayında vizyona “Qarabağ Fatehi” adlı film istehsal edərək buraxıb. Həmin filmdən əldə edilən gəlir 1.700.000 manat olub. Gəlirin əldə edilməsi ilə bağlı xərclər isə 1.300.000 manat təşkil edib.
Vergiyə cəlb olunan mənfəət : 1.700.000 – 1.300.000 = 400.000 manat;
Güzəşt nəzərə alındıqdan sonra vergiyə cəlb olunan mənfəət:
400.000 – (400.000 x 75%) = 100.000 manat;
Mənfəət vergsi: 100.000 x 20% = 20.000 manat;
Bir məqamı da qeyd edək ki, Vergi Məcəlləsinin 106.1.33-cü maddəsi üzrə verilən güzəşt mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinə şamil edilir. Yəni, güzəştdən yararlanmaq üçün vergi ödəyiciləri kiçik, orta və iri sahibkarlıq subyekti olmalıdır.