İslam ölkələri iqtisadiyyatlarına məxsus olan ortaqlı biznesin şərtlərini açıqlayan yeni kitab nəşr olunub. İqtisadı Resursların Öyrənilməsi Mərkəzi (SER) tərəfindən hazırlanaraq çap edilən “Ortaqlı biznes” kitabı artıq satışdadır.
Kitabda ortaqlı biznes qurmağın şərtləri, ortaqla mübahisənin yaranma səbəbləri və onların həlli, ortaqlıqdan uğurla ayrılmağın yolları, eləcə də doğru ortaqlığın qurulması üçün tələb olunan şərtlər, şəxsin ortaq biznesə uyğun olub-olmadığını öyrədən alətlər barədə məlumatlar yer alıb. Kitabda təcrübədə rast gəlinən real ortaqlıq hekayələrindən də söz açılır.
Məhdud sayda olan kitabı əldə etmək üçün +994 77 767 24 67 (Whatsapp aktivdir) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Kitabları bu kitab evlərindən əldə etmək olar:
“Ofisait” mağazası - (“Elmlər Akademiyası”, “İnşaatçılar”, “28 May” metrostansiyaları, Xırdalan şəhəri, Şahbazov küçəsi, Şərifzadə prospektində filialları)
“Rebus” kitab evi - ( “Elmlər Akademiyası”, “İnşaatçılar”, ”Neftçilər” metrostansiyalarında filialları)
“Kitabal” kitab evi - (“Elmlər Akademiyası” metrostansiyasının yaxınlığı)
Akademiya Kitab Mərkəzi - ( Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin yanı, “Sahil” metrosunun yaxınlığı)
№67 Kitab evi- (“28 May” metrostansiyasının yaxınlığı)
Kitabevim.az- (“28 May” metrostansiyasının yaxınlığı)