4-cü Sənaye İnqilabı Mərkəzləri süni intellekt sahəsində əməkdaşlıq edəcək

2024.03.06 12:38 (UTC+04:00)

Dünya İqtisadi Forumunun (DİF) Dördüncü Sənaye İnqilabı Mərkəzlərinin rəhbərlərinin onlayn görüşü baş tutub. Görüşdə süni intellekt sahəsində DİF-in mərkəzləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub və birgə layihələrin icrası haqqında fikir mübadiləsi aparılıb.

Hazırda DİF-in dünya üzrə Dördüncü Sənaye İnqilabı mərkəzlərinin sayı 22-dir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) 2021-ci il aprelin 1-dən bu şəbəkənin üzvüdür.

Qeyd edək ki, 4SİM-in icraçı direktoru Fariz Cəfərov həm də ötən ilin sentyabr ayında yaradılmış DİF-in Süni İntellekt İdarəetmə Alyansının (AI Governance Alliance) dünya üzrə 41 ekspertindən biridir.