Bu ilin yanvar ayında ölkəyə 8,54 milyon ABŞ dolları dəyərində 4,4 min tondan çox ət idxal olunub.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2023-cü ilin müvafiq göstəricisi ilə müqayisədə dəyər ifadəsində 74,9 faiz, həcm baxımından isə 63,8 faiz çoxdur.
Cari ilin ilk ayında ətin ümumi idxalda xüsusi çəkisi 0,35 faizə bərabər olub.