Bu ilin əvvəlindən əmək müqavilələrinin sayı 26 minədək artıb və bunun 23 mindən çoxu qeyri-neft-qaz özəl sektorda qeydə alınıb. Qeyri-neft-qaz sektorunun özəl bölməsində bağlanmış müqavilələrin sayı dövlət sektorundakı (neft-qaz sektoru istisna olmaqla) müvafiq göstəricini 59 min vahid qabaqlayaraq ümumi əmək müqavilələrində 50%-i keçib.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
"İş yerlərinin rəsmiləşdirilməsinin təmin edilməsi istiqamətində islahatın başladığı 2019-cu ildən indiyədək işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 432 mindən çox, qeyri-neft-qaz sektorunun özəl bölməsində isə 381 mindən çox artıb", - nazir əlavə edib.