Afrika ölkələri ilə ticarət dövriyyəsi artıb

2024.03.05 12:47 (UTC+04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycanın Afrika ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 4,1 dəfə və ya 67,4 milyon ABŞ dolları artaraq 89,2 milyon dolları üstələyib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk ayında Azərbaycandan Afrika ölkələrinə 77,9 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin göstəricisindən 4 dəfə və ya 58,7 milyon dollar çoxdur.

Afrika ölkələrindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 4,3 dəfə və ya 8,7 milyon dollar artaraq 11,3 milyon dollar təşkil edib.

2024-cü ilin yanvar ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Afrika ölkələri ilə ticarətin payı 2,99 faiz təşkil edib ki, bu da bir il öncəki eyni göstəricidən 2,33 faiz bəndi çoxdur.