Alüminium məmulatlarının istehsalında artım var

2024.03.05 11:43 (UTC+04:00)

Bu ilin yanvar ayında ölkədə 5 372,4 ton alüminium məmulatları istehsal olunub.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 2,9 dəfə və ya 3 526,9 ton artıb. Fevral ayının 1-nə hazır məhsul ehtiyatı 4 620,1 ton təşkil edib.