Bu ilin yanvar ayında ölkəyə 8,9 milyon ABŞ dolları dəyərində 495 ədəd yük avtomobili idxal edilib.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən bu növ nəqliyyat vasitələrinin dəyəri 57,9 faiz və ya 3,2 milyon dollar, sayı isə 31,6 faiz və ya 119 ədəd artıb.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə cari ilin ilk ayında ölkədə 63 ədəd yük avtomobili istehsal olunub ki, bu da ötən ilin eyni ayının göstəricisini 57,5 faiz və ya 23 ədəd üstələyir.