İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, adıçəkilən fəaliyyət növü fiziki və ya hüquqi şəxs kimi həyata keçirilə bilər.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətin xüsusiyyətlərindən asılı olaraq, edəcəyiniz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi" bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.