- Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərinin sayı artır. Ötən il 4 mindən çox ASAN imza sertifikatı verilib.
- Dövlət idmana, təhsilə, mədəniyyətə dəstək olan şirkətlərə vergi güzəşti verir. Güzəşt nədən ibarətdir?
- Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı daha bir mühüm addım: texniki pasport və torpaq sahələrinə dair plan-ölçü sənədləri də elektronlaşır. Bu yeniliyin vətəndaş üçün əsas faydası nədir?
Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi Zona" proqramının 3 mart 2024-cü il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı millət vəkili, iqtisadçı – alim Vüqar Bayramov Günel Bəhramqızının suallarını cavablandırır.