Daha bir sahibkarlıq subyektinə Ağdam Sənaye Parkının rezidenti statusu verilib

2024.03.04 14:18 (UTC+04:00)

"Ağdağ" MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Şirkət tərəfindən Sənaye Parkının ərazisində əhəng və perlit istehsalı müəssisəsi yaradılacaq.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

"İnvestisiya dəyəri 15 milyon manat olan müəssisədə 100 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur", - nazir əlavə edib.