Rusiyaya ixracın əmtəə strukturunda aqrar məhsullar üstünlük təşkil edir

2024.03.04 10:50 (UTC+04:00)

Kənd təsərrüfatı məhsulları Azərbaycanın Rusiyaya ixracının əmtəə strukturunda ənənəvi olaraq üstünlük təşkil edir.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xalqlar Dostluğu Universitetinin Beynəlxalq iqtisadi əlaqələr kafedrasının müəllimi Arina Tinkova deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyası Azərbaycan pomidoru və ümumiyyətlə, meyvə-tərəvəzinin əsas alıcısı və istehlakçısıdır.

“Eyni zamanda, Azərbaycan şərablarının potensialı Rusiya bazarında hələ də lazımınca qiymətləndirilmir”,- o əlavə edib.