Azərbaycanın yaşıl enerji sahəsində beynəlxalq əməkdaşlığa önəm verməsi təqdirəlayiqdir

2024.03.04 10:17 (UTC+04:00)

"Belə təşəbbüslərdən biri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsidir. Bu baxımdan, Azərbaycan ev sahibi ölkə kimi iqlimin daha da yaxşılaşdırılmasına bir sıra yollarla təsir göstərə bilər", - o qeyd edib.

Ekspertin fikrincə, postsovet məkanı üçün aktual olan havanın çirklənməsini minimuma endirmək üçün ən son texnologiyalar tətbiq etməklə karbon qazı emissiyalarının azaldılması ilə iqlimin yaxşılaşdırılmasında davamlı inkişafı izləmək vacibdir: “Bu konfrans Bakıya Azərbaycanın kifayət qədər inkişaf etmiş, özünün iddialı xarici siyasət təşəbbüslərinə malik ölkə olduğunu dünya birliyi səviyyəsində nümayiş etdirmək imkanı verəcək. Bundan əlavə, konfrans inkişaf etmiş ölkələri iqlim öhdəliklərini yerinə yetirmək üçün maliyyələşdirməni artırmağa və yeni iddialı milli iqlim planları hazırlamağa sövq etmək üçün əla platforma olacaq”.

Onun sözlərinə görə, hazırda postsovet məkanı milli iqtisadiyyatların şaxələndirilməsində çətin yoldan keçir. Azərbaycanın yaşıl enerji sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verməsi təqdirəlayiqdir: "Bərpa olunan enerji mənbələrindən istifadə qlobal iqlim dəyişikliyi ilə mübarizənin ən effektiv üsullarından biri kimi qiymətləndirilir. Bununla belə, qeyd etmək lazımdır ki, yaşıl keçid əhəmiyyətli maliyyə resursları tələb edir və praktikada bu, müvafiq infrastrukturun və texniki dəstəyin olmasını şərtləndirir. Azərbaycanın təbii sərvətlərinin zənginliyi bərpa olunan enerji mənbələrindən istifadə üçün böyük potensial yaradır. Beləliklə, qarşıdan gələn konfrans postsovet məkanında ekoloji məsələlərə lazımi diqqəti yenidən nəzərdən keçirmək üçün çağırış olacaq”.

Tamilla MƏMMƏDOVA