2024-cü ilin fevral ayında Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 28,8 faiz artaraq 11 650,3 milyon ABŞ dollar təşkil edib.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının AMB-nin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin yanvar ayına nisbətdə isə fevralda valyuta ehtiyatlarında 0,1 faiz artım qeydə alınıb.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayının sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 11 613,0 milyon dollar təşkil edib.