Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb

2024.03.01 14:10 (UTC+04:00)

"Azərbaycan - Albaniya iqtisadi münasibətlərinin inkişafında energetika, ticarət, turizm, sənaye, kənd təsərrüfatı, nəqliyyat və infrastruktur kimi sahələr mühüm istiqamətlərdir. Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku ilə görüşdə ikitərəfli biznes tərəfdaşlığının, sərmayə qoyuluşunun və birgə fəaliyyətin təşviqi imkanları barədə səmərəli müzakirələr apardıq. Görüş çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında imzaladığımız saziş prioritet sahələrdə əlaqələrin güclənməsinə töhfə verəcək".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat verib.