“Araz Vadisi İqtisadi Zonası”nda ayaqqabı istehsalı müəssisəsi yaradılacaq

2024.03.01 15:43 (UTC+04:00)

“Bosco shoes” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib.

İZİA-dan verilən məlumata görə, şirkət tərəfindən sənaye parkının ərazisində ayaqqabı istehsalı müəssisəsi yaradılacaq.

İnvestisiya dəyəri 3,5 milyon manat olan müəssisədə 72 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Fabrikdə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.