Şimali Qafqaz məhsulları Azərbaycan bazarına daxil olacaq

2024.03.01 11:24 (UTC+04:00)

Şimali Qafqaz və Azərbaycan arasında kiçik və orta biznesin inkişafı üzrə əməkdaşlıq çərçivəsində “Qafqaz məhsulları” sertifikatı alan malların ölkəmizə tədarükünü təşkil etmək təklif olunur.

Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı “Kavkaz.RF”-nin baş direktorunun birinci müavini Andrey Tsemaxoviçə istinadən məlumat verir.

Onun sözlərinə görə, hazırda Şimali Qafqaz Federal Dairəsinin 40-dan çox müəssisəsi “Qafqaz məhsulları” keyfiyyət nişanı ilə akkreditasiyadan keçib, bir neçə müraciətə isə baxılmaqdadır. Şimali Qafqazın bir sıra müəssisələri öz məhsullarını Azərbaycana tədarük etməyə yüksək maraq göstərir.