Ölkəmizdə natrium sianid istehsalı layihəsinin perspektivləri nəzərdən keçirilib

2024.02.29 17:05 (UTC+04:00)

"Türkiyənin “TYÖ Yatırım” şirkətinin təsisçisi Yasin Öztürk ilə keçirdiyimiz görüşdə ölkəmizdə natrium sianid istehsalı layihəsini müzakirə etdik. Dağ-mədən sənayesində mühüm xammal sayılan natrium sianidin ölkəmizdə istehsalı üçün mövcud resursları və layihənin perspektivlərini nəzərdən keçirdik".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat paylaşıb.