Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə 8,1 milyon manat ayrılıb

2024.02.29 14:19 (UTC+04:00)

Prezident İlham Əliyev “Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,1 milyon manat ayrılıb.

AZƏRTAC