Nəm salfetlərin istehsalı layihəsinə güzəştli kredit ayrılıb

2024.02.28 16:34 (UTC+04:00)

Sahibkar Fərid Bağırova nəm salfetlərin istehsalı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 120 min manat məbləğində güzəştli kredit ayrılıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat paylaşıb.