Bu ilin yanvar ayında Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə ticarət dövriyyəsinin ümumi həcmi 2,4 dəfə və ya 4,6 milyon ABŞ dolları artaraq 7,9 milyon dolları üstələyib.
"Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk ayında Azərbaycandan BƏƏ-yə 5,6 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin eyni göstəricisindən 4,4 dəfə və ya 4,37 milyon dollar çoxdur.
BƏƏ-dən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 13,8 faiz və ya 282,9 min dollar artaraq 2,3 milyon dollar təşkil edib.
2024-cü ilin yanvar ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində BƏƏ ilə ticarətin payı 0,26 faiz təşkil edib ki, bu da bir il öncəki eyni göstəricidən 0,16 faiz bəndi çoxdur.