2024-cü ilin yanvar ayı ərzində daşınmaz əmlak üzərində 29 825 mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bu göstəricinin 4664-ü (15,6 faizi) ilkin, 25 161-i (84,4 faizi) isə təkrar qeydiyyatın payına düşüb.
Cari ilin ilk ayında fərdi yaşayış və bağ evi üzərində 4 065, mənzil üzərində 6 477, torpaq sahəsi üzərində 18 447, qeyri-yaşayış binası üzərində 247, qeyri-yaşayış sahəsi üzərində 547, əmlak kompleksi üzərində 40, çoxmərtəbəli yaşayış binası üzərində isə 2 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan daşınmaz əmlakların 7 338-i Bakının, qalanı isə bölgələrin payına düşür.
Hesabat ayında 21 567 texniki pasport tərtib edilib, 5 823 ipoteka müqaviləsi qeydiyyata alınıb.