Bu ilin yanvar ayında Milli Ödəniş Sistemləri (AZİPS, XÖNKS, AÖS) vasitəsilə aparılan tranzaksiyaların ümumi həcmi 67,1 milyard manatı, sayı isə 12,3 milyonu ötüb.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünə nisbətdə aparılan əməliyyatların həcmində 66,3 faiz, sayında isə 19,4 faiz artım qeydə alınıb.
Cari ilin ilk ayında AZİPS vasitəsilə 111,6 min əməliyyat üzrə 63,2 milyard manat, XÖNKS vasitəsilə 12,1 milyon əməliyyat üzrə 3,8 milyard manat, AÖS ilə isə 51,3 min əməliyyat üzrə 67,1 milyon manat həcmində ödəniş həyata keçirilib.