Əhalinin əmanətləri artıb

2024.02.27 17:43 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycanda əhalinin əmanətləri 13 116,2 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni ayının göstəricisini 10 faiz və ya 1 187,7 milyon manat üstələyir.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında apardığı hesablamalara görə, 2023-cü ilin dekabr ayına nisbətdə isə bu ilin yanvarında əmanətlərin həcmində 1,3 faiz və ya 168,4 milyon manat artım qeydə alınıb.

Xatırladaq ki, 2024-cü ilin yanvar ayının 1-nə ölkədə əmanətlərin həcmi 12 947,8 milyon manat təşkil edib.