Dövlət müəssisələri də qrant alacaqlar

2019.07.04 18:06 (UTC+04:00)

Prezident İlham Əliyev "Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb. Sənədə əsasən, bundan sonra dövlətə məxsus müəssisələr texniki yardım və qrant alınmasına dair sazişlər bağlaya biləcəklər.

Fərmanda göstərilir ki, mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən sazişlərə dair danışıqlara başlanması haqqında təkliflər həmin sazişlərin layihələri əlavə olunmaqla Nazirlər Kabinetinə təqdim ediləcək.

Digər bir dəyişikliklə Nazirlər Kabineti texniki yardım və ya qrant alınmasını məqsədəuyğun hesab edərsə, müvafiq icra hakimiyyəti orqanlarının, dövlətə məxsus müəssisələrin rəhbərlərinə müvafiq donorla danışıqlara başlanmasına dair razılıq verəcək.