İtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür?

2024.02.28 10:25 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) bildirilib ki, DVX ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrənin verilməsi vergi ödəyicisi tərəfindən müvafiq qaydada təqdim olunmuş “Elektron sənəd mübadiləsi haqqında Ərizə” və “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə” (2 nüsxədə) əsasında vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı tərəfindən əlbəəl formada təqdim edilir.

Əsas: DVX-nin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları"