Almaniya şirkətləri Azərbaycanda yaradılmış fürsətlərdən yararlanmağa dəvət olunublar

2024.02.27 13:38 (UTC+04:00)

"Almaniyanın Şərqi Biznes Assosiasiyası"nın idarəedici direktoru Mixael Harms və ölkəmizdə səfərdə olan Almaniya şirkətlərinin təmsilçiləri ilə görüşdə Azərbaycanın biznes mühiti, xarici investorlar üçün yaradılmış imkanlar barədə danışdıq və onları bu fürsətlərdən yararlanmağa dəvət etdik.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

"İnvestisiya əlaqələrini gücləndirmək və daha çox birgə layihələr həyata keçirmək barədə perspektivləri dəyərləndirdik", - nazir bildirib.