Ötən il ümumi satınalmaların sayı 3,1 faiz artıb

2024.02.27 12:32 (UTC+04:00)

Ötən il ümumi satınalmaların sayı 12483-ə çatıb ki, bu da 2022-ci illə müqayisədə 3,1 faiz artım deməkdir.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli sosial şəbəkə hesabında yazıb.

Xidmət rəisi bildirib ki, 2023-cü ildə dövlət satınalmalarında orta iştirakçı sayı 3,9 təşkil edib.

“Dövlət satınalmalarında orta iştirakçı sayının artması satınalmalarda sahibkarlıq subyektlərinin iştirak səviyyəsinin yüksəlməsi, bürokratik maneələrin aradan qaldırılması və əlçatanlığın təmin olunmasının göstəricilərindəndir. Əldə olunan nəticələr göstərir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yeni qanunvericilik islahatları dövlət satınalmaları sahəsində azad rəqabətin təmin olunması və sahibkarlığın inkişafına töhfə verəcək”, - M.Abbasbəyli əlavə edib.