Alkoqolsuz içkilərin istehsalı artıb

2024.02.27 13:00 (UTC+04:00)

Bu ilin yanvar ayında ölkədə 2 529,1 min dekalitr (dkl) alkoqolsuz içkilər istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin eyni ayının göstəricisi ilə müqayisədə istehsal 9,6 faiz və ya 220,8 min dkl artıb.

Ötən ilin dekabr ayı ilə müqayisədə isə yanvarda artım 22,7 faiz və ya 467,5 min dkl təşkil edib. Cari ilin fevral ayının 1-nə hazır məhsul ehtiyatı isə 457,1 min dkl təşkil edib.