Bu ilin 2-5 mart tarixlərində Aşqabad şəhərində Türkmənistan-Əfqanıstan biznes forumu keçiriləcək.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun məlumatına görə, Azərbaycan sahibkarları sözügedən tədbirdə iştirak etməyə dəvət olunurlar.
Biznes-forumda hər iki ölkənin aidiyyəti dövlət qurumları, həmçinin özəl sektorun nümayəndələri iştirak edəcəklər. Tədbirdə regional iqtisadi əlaqələrin və nəqliyyat marşrutlarının inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.
Biznes-forumda iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı elektron poçt və ya telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər:
E-mail: [email protected]
Tel: (+994 12) 598-01-47/48 (daxili - 3644)
Əlaqələndirici şəxs: Gülxas Nəsirova.