Bu ilin 1-4 aprel tarixlərində Türkiyənin biznes nümayəndələrinin iştirakı ilə Bakıda görüş təşkil olunması planlaşdırılır.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Azərbaycan Sahibkarlar Konfederasiyasına istinadən xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Türkiyə İxracatçılar Məclisinin Xarici əlaqələr departamentinin rəhbəri Mesut Şəngülər ASK-nın vitse-prezidenti Vüqar Zeynalovla görüşü zamanı deyib.
O, Türkiyənin Ticarət Nazirliyi və Türkiyə İxracatçılar Məclisi tərəfindən keçirilməsi planlaşdırılan səfərin proqramı haqqında məlumat verib.
Görüş çərçivəsində Konfederasiyanın mövcud fəaliyyəti və gələcək hədəfləri haqqında geniş məlumat verilib. Eyni zamanda, ASK-nın beynəlxalq və regional təşkilatlar çərçivəsində Türkiyə də daxil olmaqla bütün tərəfdaşları ilə apardığı rasional əməkdaşlıqdan bəhs edilib.