Bu ilin yanvar ayında ölkədən 10,3 milyon ABŞ dolları dəyərində 63,6 min tondan çox azot gübrəsi ixrac olunub.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2023-cü ilin müvafiq göstəricisi ilə müqayisədə dəyər ifadəsində 10,6 faiz, həcm baxımından isə 2,3 dəfə çoxdur.
2024-cü ilin ilk ayında azot gübrəsinin ümumi ixracda xüsusi çəkisi 0,56 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 4,66 faizə bərabər olub.