ASK-nın təsisçiliyi ilə Arbitraj Mərkəzi yaradılacaq

2024.02.26 14:26 (UTC+04:00)

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təsisçiliyi ilə Arbitraj Mərkəzinin yaradılması təklifi haqqında fikir mübadiləsi aparılıb.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı ASK-ya istinadən xəbər verir ki, qeyd edilən məsələyə qurumun Rəyasət Heyətinin iclası zamanı toxunulub. İclasda 2023-cü ildə görülən işlər üzrə hesabat dinlənilib və 2024-cü il üçün fəaliyyət planı müzakirə olunub.

Rəyasət Heyəti hesabatı məqbul hesab edib və “2024-cü il üçün Fəaliyyət Planı”, eləcə də ASK-nın Arbitraj Mərkəzinin yaradılması ilə bağlı təklifi qəbul edib.