Gənclər üçün sosial sahibkarlıq layihəsi işə düşür

2019.07.04 17:09 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi gənclər üçün "Start it UP, Keep it UP" layihəsini həyata keçirməyə başlayıb. Əsasən sosial sahibkarlığın inkişafına yönələn innovativ layihənin hədəfi sosial "Start-Up" inkubatorlarının yaradılmasıdır. Layihədə iştirak etmək üçün sosial sahibkarlıq sahəsində mentorluq bacarıqlarını inkişaf etdirməkdə maraqlı olan, ingilis dili biliyinə, kommunikasiya və netvörkinq, ilkin komputer bacarıqlarına malik olan 18 yaşdan yuxarı gənclər müraciət edə bilərlər.