Bolqarıstanla ticarət dövriyyəsində 14 dəfədən çox artım qeydə alınıb

2024.02.23 14:07 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycanın Bolqarıstanla ticarət dövriyyəsinin ümumi həcmi 14,6 dəfə və ya 57,4 milyon ABŞ dolları artaraq 61,6 milyon dolları üstələyib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk ayında Azərbaycandan Bolqarıstana 58,6 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin eyni göstəricisindən 33,9 dəfə və ya 56,9 milyon dollar çoxdur.

Bolqarıstandan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 20 faiz və ya 495,4 min dollar artaraq 2,97 milyon dollar təşkil edib.

2024-cü ilin yanvar ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Bolqarıstanla ticarətin payı 2,06 faiz təşkil edib ki, bu da bir il öncəki eyni göstəricidən 1,94 faiz bəndi çoxdur.