Cari ilin ilk ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 4 hərrac keçirilib. Hərraclarda 37 nəqliyyat vasitəsi özəlləşdirilib. Yanvar ayında hərraca çıxarılmış dövlət əmlakı üzrə 63 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 12 onlayn qoşulma reallaşıb.
2024-cü ilin yanvar ayında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 12,3 milyon manat təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə çoxdur.
İlin ilk ayı ərzində 46-sı qeyri-yaşayış, 155-i isə torpaq sahələrinə aid olmaqla, ümumilikdə 201 yeni icarə müqaviləsi bağlanılıb.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən bu ilin yanvar ayında dövlət büdcəsinə 3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, 2024-cü ilin yanvar ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 15,3 milyon manat vəsait daxil olub.