Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 40-a çatıb

2024.02.23 11:11 (UTC+04:00)

"Azermirror" MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib və bununla da rezidentlərin sayı 40-a çatıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun sosial şəbəkə paylaşımına əsasən, şirkət tərəfindən Sənaye Parkının ərazisində alüminium təbəqəli vərəqə güzgü istehsalı həyata keçiriləcək.

İnvestisiya dəyəri 11 milyon manata yaxın olan müəssisədə 44 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.