Tailandla ticarət dövriyyəsində müsbət dinamika

2024.02.22 17:28 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycanın Tailandla ticarət dövriyyəsinin ümumi həcmi 32,3 dəfə və ya 116,7 milyon ABŞ dolları artaraq 120,4 milyon dolları üstələyib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk ayında Azərbaycandan Tailanda 115,3 milyon dollar dəyərində məhsul ixrac edilib. Qeyd edək ki, 2023-cü ilin yanvar ayında bu ölkə ilə ixrac əməliyyatları aparılmayıb.

Tailanddan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 38,3 faiz və ya 1,4 milyon dollar artaraq 5,1 milyon dollar təşkil edib.

2024-cü ilin yanvar ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Tailandla ticarətin payı 4,03 faiz təşkil edib ki, bu da bir il öncəki eyni göstəricidən 3,92 faiz bəndi çoxdur.