Bu ilin yanvar ayında ölkədən 15,3 milyon ABŞ dolları dəyərində 5,6 min tondan çox alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2023-cü ilin müvafiq göstəricisi ilə müqayisədə dəyər ifadəsində 17,4 faiz, həcm baxımından isə 10,7 faiz çoxdur.
2023-cü ilin dekabr ayı ilə müqayisədə isə cari ilin yanvar ixracının dəyərində 1,5 faiz artım, həcmində isə 3 faiz azalma qeydə alınıb.
2024-cü ilin ilk ayında alüminiumun ümumi ixracda xüsusi çəkisi 0,83 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 6,93 faizə bərabər olub.