Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birlikdə “Almaniya ilə biznes əməkdaşlığı” proqramı (Partnering in Business with Germany) çərçivəsində 2024-cü il üçün növbəti müsabiqə elan edib.
Agentliyin məlumatına görə, “Səhiyyə sahəsində iqtisadi əməkdaşlıq” mövzusunda təşkil olunan müsabiqənin proqramı sahibkarlar, özəl və dövlət şirkətlərinin mütəxəssis və menecerləri üçün nəzərdə tutulur.
Müsabiqə ilə bağlı əlavə məlumatla https://u.to/O5tkIA səhifəsindən tanış olmaq olar.