Dövlət satınalmaları üzrə qənaət edilmiş məbləğ açıqlanıb

2024.02.21 14:05 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dövlət satınalmaları sahəsində görülən maarifləndirmə və nəzarət tədbirlərinin nəticəsi olaraq 2023-cü ildə 742,4 milyon manat dövlət vəsaitinə qənaət edilib.

Dövlət Xidmətinin məlumatına görə, 2022-ci il illə müqayisədə ötən il qənaət edilən məbləğdə açıq tender üzrə 13 faiz, təkliflər sorğusu üzrə 41 faiz artıma nail olunub.