“AzerGold” tərəfindən 2000-ci xəlitə istehsal edilib

2024.02.20 15:58 (UTC+04:00)

“AzerGold” QSC tərəfindən 2000-ci xəlitə istehsal edilib. Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) emal edilmiş qızıl və gümüş tərkibli xəlitənin çəkisi 21 kq-dır.

QSC-dən verilən məlumata görə, xəlitənin növbəti mərhələdə 999.9 əyarda saflaşdırılması və dünya birjasında satışı nəzərdə tutulub.

Qeyd edək ki, QSC tərəfindən ilk xəlitə tökümü 2016-ci ilin 13 oktyabr tarixində həyata keçirilib. “AzerGold” hazırda Daşkəsən və Göygöl rayonlarında yerləşən mədənlərdən qiymətli metal filizlərinin hasilatını, ÇİRES-də isə emalını həyata keçirir.

Xatırladaq ki, bugünədək Səhmdar Cəmiyyət tərəfindən hasil edilən 402 min unsiya qızıl, 761 min unsiya gümüşün dünya birjasında satışı nəticəsində ölkə iqtisadiyyatına ümumilikdə 1 milyard 137 milyon manatdan çox vəsait cəlb edilib.