Azərbaycanda şüşə taraların istehsalı zavodunun tikilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb

2024.02.20 14:23 (UTC+04:00)

"Azərbaycan İnvestisiya Şirkəti" ASC və Türkiyənin "Gürok Group" şirkətlər qrupu arasında ölkəmizdə və xaricdə qida və içki istehsalçılarının tələbatını qarşılamaq məqsədilə Azərbaycanda şüşə taraların istehsalı zavodunun tikilməsi imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.

"Dünyanın 5-ci böyük şüşə məmulatları istehsalçısı olan "Gürok Group" şüşə tara, kirəmit, sənaye avadanlığı istehsalı, inşaat və turizm kimi müxtəlif sahələrdə fəaliyyət göstərir", - nazir əlavə edib.