Ağdam Sənaye Parkında rezidentlərin sayı artır

2024.02.19 14:10 (UTC+04:00)

"Qreys.A." MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Şirkət tərəfindən Sənaye Parkının ərazisində sement və beton qatqıların istehsalı müəssisəsi yaradılacaq.

İnvestisiya dəyəri 6,5 milyon manat olan müəssisədə 35 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.