Naxçıvan Muxtar Respublikasının nümayəndə heyəti Ankarada Türkiyənin ticarət naziri Ömər Bolatla görüşüb.
Muxtar respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, görüşdə iqtisadi əlaqələrin inkişaf perspektivləri, münbit investisiya mühiti, muxtar respublikada istehsal olunan aqrar məhsulların Türkiyəyə ixrac imkanlarının genişləndirilməsi və dövlət proqramı çərçivəsində layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.