İspaniyaya məhsul ixracında artım qeydə alınıb

2024.02.19 13:13 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycanın İspaniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilin eyni ayına nisbətdə 2 dəfə və ya 25 milyon ABŞ dolları artaraq 49,2 milyon dolları üstələyib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk ayında Azərbaycandan İspaniyaya 40,6 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin eyni göstəricisindən 2,2 dəfə və ya 22 milyon dollar çoxdur.

İspaniyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 54,4 faiz və ya 3 milyon dollar artaraq 8,6 milyon dollar təşkil edib.

Cari ilin yanvar ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində İspaniya ilə ticarətin payı 1,64 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 0,91 faiz bəndi üstələyir.